Belediyye.info bir sıra rayon icra hakimiyyəti başçılarına rayon bələdiyyələrinin fəaliyyətləri, o cümlədən icra strukturları-bələdiyyə münasibətlərinə dair suallar ünvanlayıb.
Belediyye.infonun suallarını bu dəfə Xəzər Rayon icra Hakmiyyətinin başçısı Gülağa islamov cavablandırıb.
Xatırladaq ki, Gülağa islamov 25 yanvar 1995-ci il tarixdən Bakı şəhəri Xəzər rayon icra Hakimiyyətinin başçısıdır.
Müsahibədə icra başçısı bəzi problemlərə toxunub, öz təklif və tövsiyələrini verib.
Müsahibəni oxucuların diqqətinə çatdırırq:
- icra başçısı olaraq rəhbərlik etdiyiniz rayonda formalaşan hansı bələdiyyənin fəaliyyəti Sizi qane edir?
- Deyərdim ki, rayonda formalaşan bütün bələdiyyələrin fəaliyyəti icra başçısı olaraq məni qane edir.
- icra strukturlarıyla bələdiyyə münasibətləri Sizin rəhbəri olduğunuz rayonda hansı formada tənzimlənir? Ümumiyyətlə bu əlaqələr necə qurulub?
- Rayon ərazisində «Bələdiyyələrlə əlaqələndirmə şurası» yaradılıb və həmin şuraya Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Huseynov rəhbərlik edir. şura vaxtaşırı icra Hakimiyyəti ilə birgə iclaslar keçirir və rayon ərazisində olan problemlər müzakirə edilərək, lazımi tədbirlər görülür.
- Xəzər bələdiyyələrinin hansı uğurları və problemləri var? icra başçısı olaraq mövcud problemləri aradan qaldırmaq üçün hansı addımları atmaq niyyətindəsiniz?
- Xəzər rayonunda 8 bələdiyyə formalaşdırılıb. Bələdiyyələr qəsəbələrdə məişət tullantılarının təmizlənməsi, ekoloji problemlərin həllində və abadlıq-quruculuq işlərində fəal iştirak edirlər. Bu gün RiH-nin və bələdiyyəllərin birgə səyinin nəticəsidir ki, rayonumuzun siması tam dəyişmiş və hazırda qəsəbələrdə abadlıq-quruculuq işləri yüksək səviyyədə davam etdirilir.
Nəzərinizə çatdırırıq ki, bələdiyyələr tərəfindən vergi yığılmasında yaranan problemlər mövcuddur və bu xüsusilə fərdi yaşayış evlərinin əksəriyyətinin mülkiyyəti barədə çıxarışlarının olmaması ilə bağlıdır.
- Fikrinizcə Xəzər rayon bələdiyyələrinə hansı əlavə maliyyə istiqaməti və səlahiyyəti vermək olar?
- Bu barədə bələdiyyələrə tövsiyyələr verilmişdir. Belə ki, onlar ərazilərində avtomobil dayanacaqları təşkil etməklə, həmçinin ərazilərində ayrı-ayrı şirkət və təşkilatların reklam lövhələrinin yerləşdirilməsini cəlb etməklə, eləcə də ərazilərində kiçik obyektlərin tikilib icarəyə verilməsində əlavə gəlir əldə edə bilərlər.
Bundan başqa ərazilərində bələdiyyə balansında məktəb, bağça, tibb məntəqəsi tikməklə də əlavə gəlir əldə edə bilərlər.
- Xəzər və Abşeron bələdiyyələri arasında mövcud olan torpaq mübahisələri həllini necə tapıb?
- Verilən məlumatlara əsasən hazırda Milli Məclisdə qəsəbələrin ərazilərinin xəritəsi hazırlanaraq, təsdiq olunma ərəfəsindədir.
- icra başçısı olaraq Azərbaycan bələdiyyə sisteminin inkişafı üçün hansı təklif və tövsiyyələri verərdiniz?
- Bələdiyyə ərazisində olan fərdi yaşayış evlərinin və obyektlərin mülkiyyət formasından asılı olmayaraq vergilərə cəlb edilməsini sürətləndiriliməsi vacib sayıram.
Belediyye.info